Daniel Ioannisyan və Albert Stepanyan Ermənistan İctimai Şurasının üzvləri təyin edilib.
Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, bu haqda qərar dekabrın 12-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Qeyd edilir ki, bir sıra mənbələrin informasiyasına görə, Ermənistan İctimai Şurasına məhz Daniel İoannisyan rəhbərlik edəcək. O, anti-Rusiya bəyanatları və “Soros” Fondunun erməni ofisi ilə uzun illərdir birgə işləməsi ilə tanınır.