Putini qovmaq üçün Moskvaya gedən şaman: Özü dispanserə göndərildi


Putini qovmaq üçün Moskvaya gedən şaman: Özü dispanserə göndərildi

Putini qovmaq üçün Moskvaya gedən şaman Aleksandr Qabışev özü və ətraf mühit üçün təhlükəli hesab olunub.

Cebhe.info xəbər verir ki, psixonevrologiya dispanserinin həkimləri bu qənaətə gəlib.

Məlumata görə, 1 iyunda həkimlər onun məcburi müalicəyə cəlbi üçün məhkəmədə iddia qaldıracaqlar.

Xatırladaq ki, artıq şamanın vəkili Olqa Tomofeyeva onun sərbəst buraxılması üçün məhkəməyə müraciət edib. Bildirib ki, 12 mayda polis onu heç bir qanuni əsas olmadan saxlayıb.

Bundan sonra onu dispanserə göndəriblər.

Tarix: 31-05-2020, 09:50




Xəbər lenti