Xəzər İcra Hakimiyyətinin də maşınları “xarab” çıxdı

Xəzər İcra Hakimiyyətinin də maşınları “xarab” çıxdı
Bakı şəhərindəki İcra Hakimiyyətləri ilin sonuna doğur maraqlı tenderlər keçirirlər.
Tribuna.az xəbər verir ki, qəribəlik İcra Hakimiyyətlərinin istifadəsində olan yük maşınlarının “xarab” olması ilə bağlıdır.
Belə ki, iki gün öncə Suraxanı rayon İcra Hakimiyyəti tender keçirərək, istifadəsində olan “Kamaz” markalı yük maşınının tam təmiri üçün böyük vəsait xərcləyəcəyini nümayiş etdirib. 263 min manatlıq işin əsas hissəsini köhnə “Kamaz”ın təmirinə sərf eddəcəklər.
Dünən isə Xəzər rayon İcra Hakimiyyətininn tabeliyində olan Mənzil-Kommunal Təsərrüfat Birliyi də tender keçirərək, müxtəlif təyinatlı malların alınması üzrə razılaşma əldə edib. Məlum olub ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC MKTB-nin sifarişlərini 359 min 762 manata reallaşdıracaq.
Qayıdaq əvvəlki qəribə məsələsinə. Məsələ belədir ki, Xəzər MKTB də Suraxanıdakı kimi əsas gücü “Kamaz” və “Zil” maralı maşınlarının təmirinə vurub. Onların motorlarının yığılmasından tutmuş, təklər alınmasına qədər hər şeyi həll edəcəyini qeyd edib.
Əcəba, Bakı rayonlarının İcra Hakimiyyətlərində işlək yük maşını yoxdur? Və ya il sonuna doğru bu qurumların maşınlarının təmiri niyə yada düşür?
Tarix: Dünən, 11:54
Xəbəri paylaş





Xəbər lenti