Bakı İnzibati Məhkəməsinin Konstitusiyaya, məhkəməyə müraciətə qadağa qoymasına qiymət verilmir Məhkəmə Hüquq Şurasının məhkəməyə müraciətə qadağa qoyan Bakı İnzibati Məhkəməsinin Konstitusiyaya hörmətsizliyini saxta əsasla müdafiə etməsinin qaynağı bəlli deyil. Bu iddia jurnalist Məğrur Bədəlsoyun "Yenixeber.org"-a ünüvanladığı yazısında yer alır:
Bakı İnzibati Məhkəməsinin borclu ƏƏSMN tabeliyindəki qurumların
rüşvətini Konstitusiyadan üstün tutub 10 ildir dövlətin adından çıxarılan 2 məhkəmə qərarının icrasını təmin etməməsindən, qərarları icraya belə yönəltməməsindən, hətta
tələbkarın elektron kabinetdən verdiyi ərizələrin qəbulundan imtina etməsindən şikayətlərə baxılmır. Baş prokurorluğun 161, 961 “qaynar xətt”ləri onlarla illərdir araşdırma aparıldığını bildirir, lakin hələ də şikayətçinin
izahatı belə alınmayıb. İndi isə məhkəmələrdən şikayətə Məhkəmə Hüquq Şurasının (MHŞ) baxmalı olduğunu vurğulayır. MHŞ isə məhkəməyə müraciətə qadağa qoyan, ərizələrin qəbulundan belə imtina edən Bakı İnzibati Məhkəməsinə (BİM) “gözün üstə
qaşın var” da demir. Şuranın sektor müdiri
Kərəm Hüseynli ali dövlət hakimiyyəti orqanlarından MHŞ-ya gələn
məhkəmə qərarlarının icrasına qadağa qoyulmasından, tələbkarln verdiyi ərizələrin qəbulundan imtina olunmasından şikayətlərə 02.12.2025-ci ildə baxıldığını bildirib. Və “müəyyən edib” ki,
MƏHKƏMƏ QƏRARININ İCRASI İLƏ ƏLAQƏDAR BAKI İNZİBATİ MƏHKƏMƏSİNƏ göndərilən ərizələr “Elektron məhkəmə” informasiya sisteminin ELEKTRON İDDİALARIN VERİLMƏSİ üçün NƏZƏRDƏTUTULMUŞ ALTSİSTEMİ (?-M. B.) ilə göndərildiyindən, QƏBULUNDAN İMTİNA EDİLMİŞ və bu barədə MƏHKƏMƏ tərəfindən MƏKTUBLA (?-M. B.) cavab verilmişdir.”MHŞ rəsmisinin tələbkarın
məhkəmə qərarının icrasını tələb edən iddialarının mümkünsüz sayılmasını MƏHKƏMƏYƏDÜZGÜN MÜRACİƏT ETMƏMƏKLƏ izah etməsini özəl vurğulamasını bir yana qoyaq.
Axı,
1-cisi, İPM
-in
də
, MPM
-in
də
tələbinə görə, “
Elektron məhkəmə” sisteminin tətbiq olunduğu məhkəmələrdə bütün sənədlər, ərizələr, şikayətlər ELEKTRON KABİNET vasitəsilə verilir, qəbul edilir; həmin sənədlərin başqa cür verilməsi tələb oluna bilməz. 2-cisi,“Elektron məhkəmə” sistemindən istifadə qaydalarını elə MƏHKƏMƏ
HÜQUQ ŞURASI ALİ MƏHKƏMƏ İLƏ BİRLİKDƏ MÜƏYYƏN EDİB. Belə çıxır, MHŞ özünün müəyyən etdiyi qaydaları tanımır?!
3-cüsü, məhkəməyə hansı yolla daxil
olmasından asılı olmayaraq, ərizə həmin gün
hökmən qeydə alınıb icraata qəbul edilməlidir. Bu qaydanı BİM
rüşvətdən görməzliyə qoyur, bəs MHŞ-ya nə gəlib,o da görmür, bilmir? 4-cüsü, məhkəmə qərarının icrasına verilən ərizələr 8-1 kodu ilə qeydə alınmalıdır, ərizənin düzgün verilməməsi “izahı” ilə məhkəmə qərarının icrasının mümkün sayılmaması yolverilməzdir. Nədən ərizə, iddia düzgün verilmədikdə məhkəmə“
izah” yox, İPM-in 13 və 48-ci maddələrinə uyğun olaraq
hüquqi yardım etməlidir və düzgün iddianı alıb, işə mahiyyəti üzrə baxmalıdır. Məhkəmə də, Məhkəmə Şurası da
iddianı düzgün olmaması əsası ilə MÜMKÜN SAYMAMAQDA düzgün etmirlər. Ən başlıcası,
tələbkardan tələb olunub ki, dəftərxanaya icra icraatı haqqında ərizə versin və 6 aydır məhkəməyə əlbəəl verilən ərizələr də qeydə alınmır. Halbuki İPM-in , Ali
Məhkəmə Plenumunun inzibati məhkəmə qərarlarının icrasının təmin edilməsi
haqqında formalaşdırdığı məhkəmə təcrübəsi tələbi
tələbkar ərizə vermədikdə belə, məhkəmənin xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarmalı olmasını, icranı səlahiyyətli orqana- Ədliyyə Nazirliyinə tapşırmasını təsbit edir.
Məhkəmə Hüquq Şurasının məhkəməyə müraciətə qadağa qoyan Bakı İnzibati Məhkəməsinin
Konstitusiyaya hörmətsizliyini saxta əsasla müdafiə etməsinin qaynağı bəlli deyil. BİM-in özbaşınalığının borcluların
rüşvətindən qaynaqlandığını məntiq elmi sübut edir, bəs MHŞ-nın bu
rüşvət bazarlığına qiymət verməməsini necə izah edək? Yoxsa borclunun
rüşvəti məhkəməni də, Şuranı da xidməti borcundan imtina etdirir?
Görək baş prokurorluq, ombudsman, ədliyyə qurumu məhkəmə qərarının icrasına, məhkğməyə müraciətə qadağaya, kobud Konstitusiya pozuntusuna son qoyacaq? Hələ ki ən başlıca hüquq müdafiə vasitəsinə məhkəmə müdafiəsi, hüquqi yardım
hüququna qadağa qüvvədədir . Və Məhkəmə Hüquq Şurası bu qadağanı
düzgün sayır…
P. S. 20.06.2016-cı il tarixli mənzillə növbədənkənar təmin olunma barədə məhkəmə qərarının icraya yönəldilməsinə tələbkarın verdiyi ərizə 28.08.2018-ci ildə 8-1(81)-15/2018 nömrəsi ilə qeydə alınıb. Qərarı çıxaran Şərafət Məmmədova (7 ildir Bakı Apellyasiya Məhkəməsində qərəzli hakimliyini sürdürür) qərəzlə icraya qadağa qoyub, qərardadla icradan,izahdan imtina edib. Bu qərardadın çıxarıldığı iş 2025-ci ilin mayında elektron kabinetdə yerləşdirilib və anında tələbkar işdəolmayan (?- BİM o qədər özbaşınalıq edir ki, olmayan qərardadları Konstitusiya aktı kimi tətbiq edir) qərardaddan apellyasiya şikayətini kabinetdən təqdim edib. BİM PA-ya, Ombudsmana , .. 5 aylıq şikayətlərdən sonra oktyabrda şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərib. İnzibati Kollegiya (s/e Nigar Nəbizadə, Kamran Əkbərov, Mirzə Tağızadə) apellyasiya şikayətini mümkün saymayıb ki, gec verilib.(?) “Qərəzsiz”, “ədalətli”,“obyektiv” məhkəmə araşdırmasına baxın, işdə qərardadın özü yoxdur, di gəl yuxarı instansiya bu “yoxsulluğa” qiymət vermək əvəzinə, “həmkarlıq ŞƏRAFƏTİ” ilə şikayəti mümkün saymır. Görəsən, MHŞ bu mümkünsüzlüyə nə deyəcək? Axı, gec də olsa, məhkəmə qərarının icrası məcburidir.
Tarix: 8-12-2025, 09:14