Keçmiş prezidenti 15 il həbs gözləyir: Əmlakı da əlindən alınacaq


Keçmiş prezidenti 15 il həbs gözləyir: Əmlakı da əlindən alınacaq

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi 15 il həbs cəzası gözləyə bilər.
Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, artıq ölkə prokurorluğu sabiq prezidentin “qanuni oğru" Əziz Batukayevin həbsdən qanunsuz azad olunmasında təqsirli hesab edilməsini istəyib. Onun 15 il azadlıqdan məhrum edilməsi ittihamda yer alıb.
Ondan başqa sabiq baş prokuror İndra Coldubayevanın da 15 il azadlıqdan məhrum edilməsi istənilir. Atanbayev özü isə bütün dövlət təltiflərindın məhrum ola, əmlakı müsadirə edilə bilər.
Vəkil isə ittihamlarla razılaşmır və sabiq prezidentin günahsızlığını sübuta yetirmək istəyir.
Xatırladaq ki, Əziz Batukayev 2013-cü ildə həbsdən azad edilib. Buna əsas kimi onun ölümcül xəstəlikdən əziyyət çəkdiyinə dair sənədlər göstərilib. "Qanuni oğru" azad edildikdən sonra Çeçenistana gedib.
İndiyə qədər də onun ölkəyə ekstradisiyası mümkün olmayıb. Göründüyü kimi, Batukayev qətiyyən ölümcül xəstəlikdən əziyyət çəkmirmiş.
Maralıdır ki, Qırğızıstanın sabiq 4 prezidentindən ancaq biri hazırda ölkəsində azadlqıdadır.
Ölkəyə qısa dönəm rəhbərlik edən Roza Otunbayeva barəsində rəsmi ittiham yoxdur. Devrilmiş Əsgər Akayev 2005-ci ildən Rusiyada mühacirətdədir. Barəsində 30 il azadlıqdan məhrum edilmə qərarı çıxarılan Kurmanbek Bakiyev isə hazırda Belarusda gizlənir.
Siam.az
Tarix: 18-06-2020, 08:14




Xəbər lenti