Hindistan koronavirus cəhənnəmini yarıb-keçir - Modi inad göstərir





Hindistanda koronavirus infeksiyasına yeni yoluxma hallarının bir günlük ən yüksək artım sayı qeydə alınıb - 12 min 281 nəfər.
COVİD-19 diaqnozu təsdiqlənmiş hindistanlıların ümumi sayı 366 min 946 nəfərə yüksəlib. Xəstəliyin belə sürətlə yayılmasına baxmayaraq, dünyada əhalisinin sayına (1,3 milyard nəfər) görə ikinci yerdə dayanan ölkənin hökuməti ümummilli karantinin bərpası barədəki təklifi rədd edir və yalnız əlverişsiz epidemioloji situasiyanın hökm sürdüyü əyalətlərdə sərt bloklama ilə kifayətlənir.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, iyunun 18-i səhərə olan vəziyyət belədir: Covid-19 diaqnozu ilə ölən pasiyentlərin sayı 12 min 237 nəfər təşkil edir ki, bu da ötən 24 saatla müqayisədə 334 nəfər çoxdur. Sağalmışların sayı 104 min 325 nəfərdir (cəmi yoluxmuşların 52 faizi).
Yoluxmuşların sayına görə Hindistan yalnız 3 ölkəyə uduzur - ABŞ, Braziliyia və Rusiya.
Bu ərəfədə, iyunun 17-də Baş nazir Narendra Modi yerli KİV-in belə bir xəbərini təkzib edib ki, guya hökumət ümumilli karantinin yenilənməsi məsələsinə baxır.
Onun sözlərinə görə, Hindistan gələcək yumşaldılmalar barədə düşünməlidir və bu zaman epidemiyanın yayılma riskini minimuma endirməlidir. Sərt karantin rejiminin qüvvədə olduğu ən çox zərər çəkmiş ştatlar aşağıdakılardır: Maxaraştra, Tamilinad və Nyu-Dehli.
Xəbər verildiyi kimi, Hindistan Xarici İşlər Nazirliyi bundan əvvəl bəzi rayonlarda ictimai yerlərin mərhələli şəkildə açılacağını və gecə vaxtı komendant saatının qısaldılacağını elan edib. Virusun yayılmasının qarşısının alındığı zonalarda ümumilli karantin iyunun 30-a qədər uzadılacaq.
AzPolitika.info
Tarix: 19-06-2020, 07:48




Xəbər lenti