Könül Kərimovanın torpaq davası


 Əməkdar artist Könül Kərimova növbəti dəfə məhkəmə qarşısına çıxacaq. 
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Könül Qəmbər qızı Kərimova torpaq mübahisəsi ilə əlaqədar olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
Bu gün Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.
Məhkəmə prosesi ilə bağlı olaraq əməkdar artist ilə əlaqə saxladıq. Ancaq Könül Kərimova xəbəri təkzib edib və heç bir açıqlama verməyib. Qeyd edək ki, məhkəmə prosesi ilə bağlı informasiya elektron məhkəmə portalında yerləşdirilib.шаблоны для dle 11.2
Tarix: 2-04-2020, 11:25




Xəbər lenti