Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Son günlərdə 23 nömrəli orta məktəbdə Yeni il şənliyini qeyd etmək üçün restoran ödənişi olaraq uşaqlardan 120 AZN pul yığıldığı ilə bağlı iddialar yayılıb.Bununla bağlı Lent.az-ın əməkdaşı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət ünvanlayıb.
Agentlik məktəb rəhbərliyinin məsələ ilə bağlı ümumi açıqlama verəcəyini bildirib.

23 nömrəli orta məktəbin Yeni il şənliyi ilə bağlı 120 AZN toplaması iddialarına cavab verilib.
Məktəbdən Lent.az-a verilən açıqlamada bildirilib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar valideynlərdən hər hansı bir vəsaitin toplanması ilə bağlı rəhbərlik tərəfindən heç bir tapşırıq verilməyib:
"Məktəbdən kənarda təşkil edilən tədbirlər valideynlərin öz təşəbbüsləri ilə həyata keçirilir və bu tip tədbirlərə müdaxilə edilmir".
Tarix: 25-12-2024, 17:51