GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...


Bu günə qədər daha çox bahalı məhsulları ilə diqqətləri cəlb edən və sözün açığı, həm də keyfiyyət normalarına riayət etməsi ilə fərqlənən marketlərdən biri - GRANDMART supermarketlər şəbəkəsinə də deyəsən, göz dəydi... "DİA-AZ" bildirir ki, son günlər müştəriləri bu marketlər şəbəkəsindən daha çox gileylənməyə başlayıblar.

Bu dəfə isə narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında "Grandmart" supermarketlər şəbəkəsində alış-veriş zamanı təqdim olunan çeklərdə ƏDV ödənişləri üçün nəzərdə tutula QR kodun olmamasından giley edirlər.

GRANDMART da gözünü qəpik-quruşa dikib

Yuxarıdakı fotonu təqdim edən narazı vətəndaş bununla bağlı aidiyyatı qurumları hərəkətə keçməyə çağırır: "Çünki bu hal mütəmadidir..."
Tarix: 27-12-2024, 22:04
Xəbəri paylaş





Xəbər lenti