Cahid Hüseynov vəzifəsindən azad edilib?
“Azəriqaz” İstehsalat Birliyinin sədri Azər Məmmədovun müavini Cahid Hüseynovun vəzifəsindən azad edildiyi bildirilir. Pravda.az-ın əldə etdiyi məlumata görə, C.Hüseynov öz ərizəsi ilə işdən çıxıb.
Qeyd olunub ki, C.Hüseynovun fəaliyyəti yoxlanılır.
Məsələni dəqiqləşdirmək üçün “Azəriqaz”a sorğu ünvanlasaq da, mövqe bildirilməyib.
Tarix: 12-02-2025, 10:24