“Yapı Kredi Bank” yenə müştərilərin ən çox şikayət etdiyi bank olub - SİYAHI
Bu ilin yanvar ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Yapı Kredi Bank Azərbaycan” QSC olub. Azsiam.info Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Yelo Bank” ASC ikinci, “Turanbank” ASC isə üçüncü olub.
Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC olub. 3 bank haqqında isə heç bir şikayət daxil olmayıb.
Tarix: 12-02-2025, 17:42