Gəncə İcra Hakimiyyətinin məhkəməsi başlayır

Gəncə İcra Hakimiyyətinin məhkəməsi başlayır
Sabah Gəncə şəhər İcra Hakimiyyəti ilə bağlı bir ailənin qaldırdığı işə baxılacaq.
Tribunainfo.az xəbər verir ki, Gəncə İH-lə bağlı iddianı Nəsirovlar ailəsi qaldırıb. Onlar Nəsirov Kənan, Nəsirov Nicat, Nəsirova Elmira, Nəsirov İslamdır. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir.
Gəncə İH-lə bağlı işə sabah Gəncə Apellyasiya Məhkəməsinə baxılacaq. İş hakim Şamil Rzaquliyevin icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 19-02-2025, 10:38
Xəbəri paylaş





Xəbər lenti