600 manatlıq qızılı özünə yaraşdırmayan direktor yenidən gündəmdə


İki il əvvəl səs yazısı yayılan Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru sosial şəbəkələrdə yenidən gündəmə çıxıb.
Bakuplus.az-ın məlumatına görə, Lamiyə İlhamsoy hələ də sözügedən məktəbdə direktor vəzifəsində işləyir və işçilər yenə eyni problemlərlə üzləşməyə davam edir.
İddia edilir ki, direktorla bağlı dəfələrlə şikayət edilsə də, haqqında heç bir tədbir görülməyib.
“3 ilə yaxındır ki, 231 nömrəli məktəbin direktoru vəzifəsində çalışır və 3 ildə kifayət qədər şikayət olunub. Hətta müəllimin başına stəkan vurub. Amma Bakı şəhər Təhsil İdarəsi (BŞTİ) bu xəbəri gizlədib. İndi isə yeni bir şikayətlə qarşılaşırıq”, – deyə sosial şəbəkə istifadəçilərdən biri yazıb.
Məsələ ilə bağlı Bakı şəhər üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılacaq, nəticəsi haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, iki il əvvəl məktəb direktoru müəllimlərin ona hədiyyə aldığı 600 manatlıq qızıl-zinət əşyasını özünə yaraşdırmayaraq pedaqoqları təhqir etdiyi iddia olunmuşdu.
https://tehsilmedia.az/elm/13281-direktor-600-manatliq-qizili-bynmyib-mullimlri-qaraci-adlandirdi.html
Tarix: 1-03-2025, 22:11
Xəbəri paylaş





Xəbər lenti