"Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın" - FOTO

 
Aparıcı İlkin Həsəni sosial şəbəkədə Bakı Şəhər Mənzil  Kommunal Təsərrüfatı Departamenti ilə bağlı şikayət edib.
Sosial şəbəkədə qarlı Bakı yollarının fotosunu paylaşan İlkin bunları yazıb:
"Havaların düzəlməsinə görə hər qar yağanda göstəriş üçün köhnə texnikaları və 2 maşın qumu Parlament prospketində nümayiş etdirən Bakı Şəhər Mənzil  Kommunal Təsərrüfatı Departamentini təbrik edirəm. Vallah, Yeni Yasamal da, Günəşli də, Badamdar da Bakıdır. Növbəti qar mövsümünə kimi vəzifədə qalsanız, nəzərə alın".   (Axşam.az)

Tarix: Dünən, 18:15
Xəbəri paylaş





Xəbər lenti