“Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” deyən vəzifəli şəxs işdən çıxarıldı



"Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.
 
Bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
 
Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı", deyə o, qalmaqallı şərhində bildirmişdi.
 
Qaynarinfo
 

Tarix: Bu gün, 11:20
Xəbəri paylaş





Xəbər lenti