“Ay camaat, Bu “Atəşgah”da sığorta etdirməyin. Hadisə qeyri-iş gününə düşər, döyülərsiz”. Tribunainfo.az xəbər verir ki, belə bir çağırışla vəkil Anar Ramazanov çıxış edib. O bildirib ki, “Atəşgah” sığorta şirkəti qeyri-iş günləri işləmir: “Cüzi qəza keçirdim, məni vurdular, “Atəşgah”ı yığdım, çox gec geri dönüş oldu. Bərbad xidmət, kobud rəftar (hətta xanımlar belə). 4 dəfə zəngdən sonra bir əməkdaş həvəssiz zəng elədi və babat acıladı ki, qeyri-iş günüdür, nə istəyirsən? Get polisə. Nəysə… Bu sistemə də, belə xidmətə bir quş. Ayıb olsun”. Qarşı tərəfri dinləməyə hazırıq. Gülşən Rəsul