Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bəs azərbaycanlıları birləşdirən ümumi cəhətlər nədir?
⊕ Qəzetlərdəki şəkillərə mütləq saqqal, bığ və eynək çəkmək; ⊕ Maşını yolun ortasında saxlayıb dükana getmək; ⊕ Küçədə məşhur bir adamı görəndə yanından heç tanımadığı kimi keçib, sonra isə arxasına dönüb yanındakı insana "Bax, bax... Tanıdın?" demək; ⊕ Toyda müğənni ilə şəkil cəkdirib, sonra bu şəkli qohum-əqrabaya göstərib guya onunla çoxtan tanış olduğunu söyləmək; ⊕ İşıqforda yaşıl işıq yanan kimi siqnala basmaq; ⊕ Qar yağanda evə çoxlu çörək almaq; ⊕ İşıq sönəndə əvvəl “Barmek”i yada salmaq; ⊕ Evləndikdən sonra subaylara "Düz eləyirsən evlənmirsən" demək; ⊕ Maşınla gedəndə tanış adam görən kimi maşını zarafatyana üstünə sürmək və signal vermək; ⊕ Tək olanda “Torqovi”dan ciddi üz ifadəsiylə tez-tez keçərək, “işim var” görüntüsü yaratmaq; ⊕ “Talkuçka”dan aldığı bütün malların guya firma mağazadan aldığını demək; ⊕ Mobil telefon dükanlarında saatlarla vitrinin qabağında durmaq; ⊕ Darıxanda telefonun bütün zənglərini dalbadal çalmaq; ⊕ Marşrut avtobusunda olarkən telefon zənginə "5 dəqiqə sonra ordayam"demək; ⊕ İş axtaran insana mütləq "Dil bilirsən?" soruşmaq; ⊕ Küçədə uşaqlar maşını yuyanda əli cibində durub intellektual üz ifadəsiylə nəzarət etmək; ⊕ Təzə salınmış asfaltda mütləq ayaq izi qoymaq; Təbii ki, bütün bunlar bayram zarafatıdır. Dünyanın 50 milyonluq milləti olmağımızla hər birimiz fəxr edirik.