Məktəb direktorunun şagirdlərdən pul tələb etməsi iddiası araşdırılır
Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır. Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".
Report
Tarix: 20-09-2024, 22:46