"Asfalt Raqib" məhkəməyə verildi

"Lənkəran Yol Tikinti" ASC məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, ASC ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciəti "Muğanbank" ASC (Ləğv prosesindədir) edib.
Mahiyyəti kredit müqaviləsi üzrə mübahisələr olan iş hakim Zaur Abbasovun icraatındadır.
Qeyd: Lənkəran Asfalt Zavodunun direktoru Raqib Məmmədovdur. O, "Asfalt Raqib" kimi tanınır.
Tarix: 15-10-2024, 17:54