TÜRKİYƏDƏN SURİYADA ŞOK ƏMƏLİYYAT: 12 silah dolu yük maşını, 2 tank və 2 sursat anbarı belə məhv edildi - VİDEO

img10-12-
Bu gün az əvvəl Türkiyə kəşfiyyatı (MİT) Suriyada sensasiyalı əməliyyata imza atıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT Suriyanın Qamışlı bölgəsində ABŞ və İsrailin dəstəklədiyi PKK/YPG qüvvələrinin Əsəd rejimindən "qapazladığı"  raket, ağır silah və sursatlarla dolu 12 yük maşını, 2 tank və 2 sursat anbarını məhv edib.
Türkiyə mətbuatı yazır ki, agentlər vasitəsilə bölgədəki prosesləri yaxından izləyən MİT YPG-nin Əsəd rejiminin qalıqları ilə sövdələşərək aldığı raket, sursat, ağır silah və tankları öz anbarlarına daşımağa başladığını müəyyənləşdirib: "Bölgəni hər an təqib edən MİT havanın qaralmasından sui-istifadə edəərk, konvoy halında bölgəni tərk etdiyini gördükdə isə operativ əməliyyata start verib. müəyyən edib. Bununla da konvoydakı raket və ağır silahlarla dolu 12 TIR, 2 tank və 2 sursat anbarı məhv edilib".
Xəbərdə o da deyilir ki, YPG heyətində Türkiyə xofu yaratmamaq üçün "Qamışlı hava limanı İsrail tərəfindən vurulub. Həmin əməliyyat bizə keçirilməyib" kimi yalan uydurub.

 


Tarix: 10-12-2024, 21:31
Xəbəri paylaş





Xəbər lenti