“Meta”ya 251 milyonluq cərimə

“Meta”ya 251 milyonluq cərimə
“Meta” 251 milyon avro (təxminən 448 milyon manat) məbləğində cərimələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə İrlandiya Məlumatların Qorunması Komissiyası qərar verib.

Bu, 2018-ci ilin sentyabrında şirkətə bildirilən “şəxsi məlumatların pozulması” ilə bağlı araşdırmaların nəticəsi əsasında verilən qərardır.

Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası Aİ-də fərdi məlumatlarla bağlı şəxslərin əsas hüquqlarını qorumağa cavabdeh olan müstəqil qurumdur.
Tarix: 18-12-2024, 17:45
Xəbəri paylaş





Xəbər lenti