Tramp prezidentlik səlahiyyətini Maska verəcək? – Özü aydınlıq gətirdi


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinə rəhbər təyin etdiyi amrikalı miyarder İlon Maska prezidentlik səlahiyyətini təhvil verəcəyi ilə bağlı iddialara münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Arizona əyalətinin paytaxtı Feniksdə keçirilən tədbirdə çıxış edən Tramp sözügedən iddiaları yalanlayıb.

O, bu xəbərləri siyasi rəqiblərinin “uydurması” adlandırıb.
Tramp qeyd edib ki, Mask ABŞ-də doğulmadığına görə, o, prezident olmaq hüququna malik deyil.
Tarix: 23-12-2024, 12:59
Xəbəri paylaş





Xəbər lenti