ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etdi


ABŞ hakimiyyəti “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bunu dövlət katibi Antoni Blinken yazılı açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ İvanişvilini Rusiyanın maraqları naminə Gürcüstanın demokratik və Avroatlantik gələcəyinə zərbə vurmaqda ittiham edir.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilməsi İvanişvilinin ABŞ-dakı aktivlərinin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin onunla biznes fəaliyyətinin qadağan edilməsi deməkdir.
Xatırladaq ki, noyabrın 28-də hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etdikdən sonra Tbilisidə və Gürcüstanın digər şəhərlərində etirazlar başlayıb. Respublikanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətlərinə görə qəbul edilib.
Tarix: 28-12-2024, 22:19
Xəbəri paylaş





Xəbər lenti