Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyanın Voronej vilayətində "Mi-28" hərbi helikopteri qəzaya uğrayıb.
Bu barədə İstintaq Komitəsinin hərbi idarəsindən bildiriblər.
Məlumata əsasən, helikopter sərt enişdən sonra alovlanıb. Bildirilib ki, qəza yanvarın 1-də baş verib. 
İstintaq Komitəsi hadisədən sonra araşdırmalara başlayıb. Hadisə nəticəsində helikopterdə olan iki ekipaj üzvü həlak olub./Trend
Tarix: 5-01-2025, 11:51
Xəbəri paylaş





Xəbər lenti