Ruslar gəmilərini Qara dənizin dərinliklərinə çəkdilər: PUA-lar göz açmağa imkan vermir
Ukrayna Hərbi Dəniz Qüvvələri yeni təhciz olundğu PUA-lar vasitəsi ilə Rusiyanın Qara dənizdəki donanmasının kabusuna çevrilib. Tribunainfo.az xəbər verir ki, “Magura V5” PUA-ları qısa müddətdə ruslara bir xeyli ziyan vurub. Belə ki, həmin PUA-lar son bir ayda Rusiyaya məxsus iki helikopteri vuraraq, dənizə salıb. Bundan başqa, Qara dəniz sahillərində hərəkət edən desant kater və gəmilərini hədəf alaraq, onları sıradan çıxarıb. Həmçinin Xersonda rusların “Pantsir-S1” raket qurğusu da həmin PUA-lar vasitəsi ilə sıradan çıxarılıb. Amma Ukrayna PUA-ları bununla kifayətlənməyib. Onlar Qara dənizin dərinliklərində gizlənmiş Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün də başağırısına çevriliblər. Bu səbəbdən də dünəndən etibarən Rusiya komandanlığı öz gəmilərini dənizin daha təhlükəsiz ərazilərinə geri çəkilməsi barədə göstəriş verib.