Tramp transatlantik məkanı dağıdır, müttəfiqləri rəqibə, düşmənə çevirir -ŞƏRH

Yəqin ki, Trampın son açıqlamalarından xəbərdarsınız.
Heyrətamizdir, ağılasığmazdır, amma reallıqdır.
Putin 3 il nəhəng itkilərə dözüb bu günü gözləyirdi. 
Tramp Rusiya xüsusi xidmət orqanlarından gələn direktivlər üzrə hərəkət edir:
ABŞ Ukraynanın arxasından çəkilir.
Ağ Ev Avropanı təzyiq altda saxlayaraq eyni addımı atmağa vadar etməyə çalışır.
Transatlantik məkanı dağıdır, müttəfiqləri rəqibə, düşmənə çevirir.
Avropada Putin rejiminin pulları ilə bəslənən ultra sağçı qüvvələri dəstəkləyərək hakimiyyətə gətirməyə çalışır.
ABŞ-e daxilində qütbləşməni dərinləşdirir, qisasçılıq, irqçilik, qanunsuzluq cəmiyyətdə ciddi qarşıdurma yaradır və s.
Sağlam məntiqlə düşünək:
Bunların hansı Amerikanın maraqlarına uyğundur? Yaxud, hansı Putin rejiminin əleyhinədir? Heç biri!
Amerikalılar bu bəlanı rədd eləməsələr, özləri və bütövlükdə Qərbin siyasi, təhlükəsizlik sistemi darmadağın olacaq.
 
Elçin Rüstəmli
Gununsesi.info 
Tarix: 19-02-2025, 22:26
Xəbəri paylaş





Xəbər lenti