“Zelenski ilə bağlı bunu inkar etmək yanlış və təhlükəlidir”


“Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Der Spiegel” jurnalına şərhində ABŞ Prezidenti Donald Trampın Ukrayna liderinin ünvanına səsləndirdiyi sərt fikirlərə cavab verərkən deyib.
Onun sözlərinə görə, Zelenski dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkədə davam edən münaqişə ilə bağlıdır. Şolts bildirib ki, hadisələrin bu cür inkişafı Ukrayna konstitusiyasına uyğundur.
Tarix: 20-02-2025, 09:31
Xəbəri paylaş





Xəbər lenti