Makron: Ukrayna-Rusiya cəbhəsində yaxın həftələrdə atəşkəs elan edilə bilər

Makron: Ukrayna-Rusiya cəbhəsində yaxın həftələrdə atəşkəs elan edilə bilərEmmanuel Makron

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, yaxın vaxtlarda Ukrayna-Rusiya cəbhəsində atəşkəs əldə oluna bilər.

Bizimyol.info xəbər verir ki, Fransanın "Le Monde" qəzetinin yazdığına görə, siyasətçi bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla şəxsi görüşdən sonra "Fox News" telekanalına müsahibəsində deyib.
Məlumdur ki, onlar Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə ediblər: "Əvvəlcə bizə atəşkəs lazımdır. Düşünürəm ki, bu, yaxın həftələrdə atəşin dayandırılmasına nail oluna bilər", - deyə Fransa prezidenti qeyd edib.
ABŞ prezidenti fevralın 24-də Ukraynadakı vəziyyəti müzakirə etmək və münaqişənin sülh yolu ilə həlli yollarını tapmaq üçün Ağ Evdə Fransa prezidentini qəbul edib. Görüş Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümü fonunda baş tutub.
Tramp vurğulayıb ki, Avropa Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynamalıdır. O, həmçinin ABŞ və Ukrayna arasında mineral ehtiyatlar sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Makron Kiyev və Moskva arasında sülh sazişinin imzalanmasından sonra Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsini təklif edib. O vurğulayıb ki, istənilən sülh sazişi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təmin etməlidir və sülh onun təslim olması və ya müvafiq təminat olmadan atəşkəs demək deyil.
Tarix: 25-02-2025, 11:22
Xəbəri paylaş





Xəbər lenti