“Putinin müharibəni dayandırmaq niyyəti yoxdur” - “Rusiya Ukraynaya döyüş meydanında qalib gələ bilmədi, amma...”


Vladimir Putinin Ukraynada müharibəni dayandırmaq niyyəti yoxdur və bu, Kremlin tərəfini tutan ruslara təsir edir.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırması İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Amerikalı mütəxəssislərin fikrincə, Putin hər nə qədər sülh bəyanatları versə də, bitrmənalı olaraq müharibənin davam etdirilıməsində və Ukraynanın kapitulyasiyasında maraqlıdır: “Putin artan daxili siyasi və iqtisadi təzyiqlərə baxmayaraq, Ukraynada müharibəni davam etdirməyə sadiqdir və Ukraynanı təslim olmağa məcbur etmək fikrindən yayındığına dair heç bir əlamət göstərmir. Putin Rusiya ordusuna və ictimaiyyətinə Ukrayna tamamilə təslim olana qədər müharibəni dayandırmayacağını çatdırır. O, özünün Qərb liderlərinə sülhə maraq göstərdiyini nümayiş etdirmək cəhdlərinə baxmayaraq, Rusiyanın bu müharibədə öz məqsədlərindən əl çəkməsini tələb edən sülh sazişində maraqlı olmadığını açıq şəkildə ifadə edir”.
Ekspertlər qeyd edirlər ki, Kreml rəsmiləri də fevralın 24-dəki açıqalmalarında Ukrayna və Qərbin tam təslim olmasını tələb edərək, Rusiyanın qarşıdakı sülh danışıqlarında güzəştə getmək istəmədiyini vurğulayıblar. Belə ki, Rusiyanın Xarici şlər naziri Sergey Lavrov fevralın 24-də Türkiyədə mətbuat konfransı zamanı deyib ki, Rusiya Ukraynada hərbi əməliyyatları yalnız sülh danışıqlarında “Rusiyanı qane edən güclü, sabit nəticə” əldə edildikdə və “döyüş meydanının reallıqları” nəzərə alınanda dayandıracaq.
Lavrov qeyd edib ki, istənilən sülh sazişində Ukraynanın gələcəkdə NATO-ya üzvlüyünü qadağan edən müddəalar olmalıdır.
Rusiya dövlət televiziyası Lavrovun açıqlamalarını belə yekunlaşdırıb: “Rusiya yalnız danışıqlar Rusiyaya uyğun nəticə ilə bitəndə hərbi əməliyyatları dayandıracaq”. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov və Kremlin sözçüsü Dmitri Peskov da oxşar bəyanatlar verərək, Rusiyanın müharibənin “əsas səbəblərini” aradan qaldırmayan atəşkəslə razılaşmayacağını vurğulayıblar.
Bundan əlavə, Rusiya rəsmiləri Rusiyanın Ukrayna qüvvələrinin məlum 4 vilayətdən tam çıxarılması tələbini təkrarlayaraq, bunu “kompromis” kimi təqdim edir.
Bununla yanaşı, analitiklər qeyd edirlər ki, müharibə Rusiya iqtisadiyyatını gərginləşdirir, o cümlədən inflyasiyanı yüksəldir, Rusiyanın Milli Rifah Fondunu boşaldır və mövcud işçi çatışmazlığı problemini daha da dərinləşdirir.
Ekspertlər deyirlər ki, Rusiya Ukraynaya döyüş meydanında qalib gələ bilımədi, Ukrayna qüvvələri Rusiya ordusuna indiki templə zərər vurmağa davam edərsə, Rusiya 12-18 ay ərzində çox güman ki, bir sıra maddi, insani və iqtisadi problemlərlə üzləşəcək. Bu da gələcəkdə Rusiya əhalisinin iqtisadi yükünü artıracaq.
Tarix: 25-02-2025, 17:45
Xəbəri paylaş





Xəbər lenti