Aİ də Ukraynaya resurslarla bağlı saziş təklif etdi


“Avropa İttifaqı Ukraynaya kritik əhəmiyyətli resurslara çıxışla bağlı qarşılıqlı faydalı müqavilə təklif edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu sənaye strategiyası üzrə Avropa komissarı Stefan Sejurne deyib.
Komissar bildirib ki, o, fevralın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birlikdə Kiyevə səfəri zamanı Ukrayna rəsmilərinə sövdələşməni təklif edib.
Sejurne izah edib ki, Avropaya lazım olan 30 kritik materialdan 21-i qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində Ukrayna tərəfindən təmin edilə bilər:
“Avropanın əlavə dəyəri ondan ibarətdir ki, biz heç vaxt Ukraynadan qarşılıqlı fayda verməyən razılaşma tələb etməyəcəyik”.
Hansı resursların müzakirə olunduğu açıqlanmır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Ukraynaya nadir torpaq metal yataqlarına çıxışla bağlı müqavilə təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski sazişdə təhlükəsizlik zəmanətlərinin olmaması səbəbi ilə onu imzalamaqdan imtina edib.
Tarix: 25-02-2025, 17:53
Xəbəri paylaş





Xəbər lenti