"Nə 500, nə 350, nə də 100 milyard..." - Zelenskidən borc açıqlaması
ABŞ ilə imzalanacaq razılaşmada nə 500, nə 350, nə də 100 milyard dollar həcminə borc məsələsi var.
APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O vurğulayıb ki, haqqında bəhs olunan sənədin Ali Radada ratifikasiyasına ehtiyac yoxdur.
Qeyd edək ki, sözügedən sənəddə ABŞ ilə Ukraynanın bu ölkənin bərpası üçün birgə fond yaratması nəzərdə tutulur. O da göstərilir ki, Ukrayna hökuməti ölkədə hasil olunan təbii ehtiyatlardan gələn gəlirin 50 faizini fondun hesabına köçürəcək. ABŞ isə həm fondun büdcəsinin formalaşmasında iştirak edəcək, həm də bu maliyyə qurumunun vəsaitlərinin Ukraynanın inkişafına yönəldilməsini təmin edəcək.
Öz növbəsində bu fond gələcəkdə Ukrayna dövlətinin balansında olan təbii ehtiyatların işlənməsindən gəlir əldə edəcək.
Müqaviləyə əsasən, fondun aktivləri tərəflərin razılığı olmadan satıla və ya başqasına verilə bilməz.
Tarix: 26-02-2025, 21:40