"Daltonlar"ın lideri xaricdə qandallandı - İki məşhur kriminal lider ölkəyə belə gətirildi (FOTOLAR)
"Qırmızı bülletenlə axtarışda olan "Dalton" mütəşəkkil cinayət qrupunun lideri Sinan Memi və məşhur türkiyəli narkobaron Atakan Avcı xaricdə qandallanıblar.Azsiam.info-nun məlumatına görə,
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, kriminal gəncləri ətrafına toplayaraq sui-qəsdlər təşkil edə
n "Dalton"un liderlərindən Sinan Memi Polşada, qırmızı bülletenlə axtarışda olan narkobaron
Atakan Avcı isə Bolqarıstana tutularaq Türkiyəyə gətiriliblər:
"Türk polisindən kimsə qaça bilməz".Xatırladaq ki, "Daltonlar" şəbəkəsi əsasən İstanbul və Ankarada "ruzigar əsdirib". Son bir ildə onun çoxlu üzvləri həbs olunublar. Onların adı adətən "xərackəsmə" və tələb olunan pulu ödəməyənlərə qarşı isə sui-qəsdlərdə hallanıb.
Yeri gəlmişkən, bir ara "Daktonlar"ın Türkiyədə bir azərbaycanlı iş adamına da atəş açmaları haqda xəbər yayılmışdı.



Tarix: Bu gün, 11:47