Marko Rubio: “Zelenski üzr istəməlidir”

“Onun Ağ Evə gəlib düşmənçilik etməsinə ehtiyac yox idi”
“Volodimir Zelenski Donald Trampla görüşdə baş verən fiaskoya görə üzr istəməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri CNN-ə müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.
“Onun Ağ Evə gəlib düşmənçilik etməsinə ehtiyac yox idi. Elə bir təəssürat yaranır sanki, Zelenski sülh razılaşmasını istəmir. İstədiyini deyir, amma bəlkə də istəmir”, - Rubio qeyd edib.
Tarix: Bu gün, 11:28
Xəbəri paylaş





Xəbər lenti