
ABŞ Prezidenti Donald Tramp ingilis dilinin Birləşmiş Ştatların yeganə rəsmi dili olmasını nəzərdə tutan fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu vaxtadək ingilis dili yalnız ABŞ-nin 32 ştatında belə statusa malik idi.
“İngilis dilinin ABŞ-nin rəsmi dili kimi qəbul edilməsi zərurəti çoxdan yetişib”, - fərmanın mətnində deyilir.
Qeyd olunub ki, vahid dil dövlət idarəçiliyinin effektivliyini asanlaşdırır, artırır və vətəndaş fəallığına yol açır.
Donald Trampın tərəfdarları onun sərəncamını alqışlayıblar. Lakin Nümayəndələr Palatasının Azlıqlarla İş üzrə Nümayəndəsi Hakim Cefris qeyd edib ki, Trampın bir çox sərəncamları kimi, bu da ABŞ Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasını tələb edir. Bu fərman yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət etmək lazım gələcək.
Qeyd edək ki, ABŞ-də 350-dən çox dil istifadə olunur.