Böyük Britaniyanın Baş naziri: Ukrayna üçün sülh planı dörd əsas prinsipə əsaslanır
Böyük Britaniyanın Baş naziri Kir Starmer parlamentdə çıxışı zamanı Ukrayna ilə bağlı yeni sülh planının dörd əsas prinsipə əsaslandığını açıqlayıb.
Musavat.com xəbər verir ki, O, bu prinsiplərin münaqişənin ədalətli həlli və uzunmüddətli sabitliyin təmin olunması baxımından vacib olduğunu vurğulayıb.
1. Ukraynaya hərbi və iqtisadi dəstəyin davam etdirilməsi
Ukraynaya hərbi yardımlar artırılacaq və iqtisadi təzyiq gücləndiriləcək.
Britaniya Ukraynaya 2,2 milyard funt sterlinq dəyərində yeni kredit ayıracaq.
Bu kredit Britaniya vergi ödəyicilərinin hesabına yox, dondurulmuş Rusiya aktivlərinin gəlirləri hesabına maliyyələşdiriləcək.
2. Ukraynanın suverenliyi və təhlükəsizliyinin qorunması
Hər hansı sülh sazişi Ukraynanın suverenliyini tam təmin etməlidir.
Ukrayna danışıqlar masasında iştirak etməli və gələcəyi barədə özü qərar verməlidir.
3. Ukraynanın müdafiə potensialının gücləndirilməsi
Sülh razılaşması imzalansa belə, Ukraynanın müdafiə və çəkindirici gücü artırılacaq.
4. “İstəklilər koalisiyasının” yaradılması
Ukraynadakı sülh razılaşmasını qorumaq və təhlükəsizliyi təmin etmək üçün yeni koalisiya formalaşdırılacaq.
“Ukrayna üçün müharibə 3 il əvvəl başlamayıb, bu, sadəcə son və ən qəddar eskalasiyadır”, – deyə Starmer vurğulayıb. O, Ukraynanın Rusiya ilə keçmişdə imzaladığı sazişlərdən aldığı dərsləri nəzərə aldığını və zəif bir sülh müqaviləsini qəbul etməyəcəyini bildirib.
Tarix: Dünən, 22:07