Saakaşvili Poroşenkonu rüşvətxorluqda ittiham etdi
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu yalançılıq və rüşvətxorluqda ittiham edib.
Moderator.az-ın məlamatına görə, o bu barədə “112 Ukrayna” telekanalının efirində çıxışı zamanı deyib.“Ukrayna höküməti sadəcə vəzifələrin alqı-satqısı ilə məğşuldur. Prezident həyasızcasına yalan danışır. O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə tuturdu. Mənim rəhbərliyim vaxtımda Poroşenko bu pullardan məhrum olmuşdu”, - Saakaşvili bəyan edib.
Həmçinin Gürcüstanın sabiq prezidenti öz Facebook səhifəsində Poroşenkonun iki qulduru dəstəkləməsi barədə yazıb.
“Bu gün Petro Poroşenko açıq şəkildə iki qulduru - Odessa büdcəsini mənimsəyən separatçı Truxanov (Odessanın hazırki meri) və regionun büdcəsini dağıdan Urbanskini - dəstəkləyir”, - deyə Sakaaşvili narazıçılığını bildirib.
Tarix: 12-01-2017, 21:54