Epidemiyaya görə fövqəladə vəziyyət - ölənlər var
Braziliyada 8 nəfərin "sarı qızdırma" xəstəliyi səbəbindən ölməsi ilə ölkədə 180 günlük fövqəladə vəziyyət elan edilib.Missiya.Az xəbər verir ki, bu barədə Minas Jerays əyalətinin qubernatoru Fernando Pimental açıqlama verib.
Fövqəladə vəziyyətin 150-dən çox şəhərdə qüvvədə olduğunu bildirən Pimentel qeyd edib ki, "sarı qızdırma" xəstəliyi sadəcə 21 şəhərdə qeydə alınıb.
Qubernator həmçinin indiyə qədər əyalətdə 48 "sarı qızdırma" xəstəliyinə təsadüf edildiyini, laboratoriyaların 8 nəfərin bu xəstəlik səbəbindən öldüyünü təsdiq etdiyini deyib.
Qey edək ki, həftənin əvvəlində Minas Jerais əyalətinin şimal-şərqindəki bəzi şəhərlərdə epidemiya səbəbindən fövqəladə vəziyyət elan edilmişdi.
Tarix: 14-01-2017, 08:12