Məşhur serialdan uzaqlaşdırıldı - FETÖ-çü olduğu üçün
FETÖ-çü olmaqda günahlandırılan “Vatanım Sensin”in ssenaristi Necati Şahin layihədən kənarlaşdırılıb.Onun adının serialın son bölümündə çıxarıldığı məlum olub.
10-cu bölümdə adı ssenaristlərlə birgə qeyd edilən Şahinin 11-cü bölümdə komandadan uzaqlaşdırıldığı bildirilib.
Ekran işini ərsəyə gətirən “O3” şirkəti mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.
Xatırladaq ki, Necati Şahin "Selam" adlı filmində camaat məktəblərini təbliğ etmiş, FETÖ-çü olduğu iddia etmişdi. (Qafqazinfo)
Tarix: 15-01-2017, 13:08