“Qanuni oğru” “Halal” çayxanasında narkotiklə tutuldu - ƏMƏLİYYAT - VİDEO
"Qanuni oğru” "Halal” çayxanasında tutulub.
Cebhe.info xəbər verir ki, Moskvada Krevçenko küçəsində polisin keçirdiyi əməliyyat tədbirləri zamanı 42 yaşlı Əhməd Yevloyev tutulub.
Kriminal aləmdə Əhməd Stuliy kimi tanınan "oğru”nun üzərinə baxış zamanı narkotik maddə aşkarlanıb.
Polisin məlumatına görə, tapılan narkotik mqidarı "qanuni oğru”nu 3 ildən 10 ilədək azadlıqdan məhrum etməsinə zəmin yaradır.
Tarix: 23-01-2017, 15:42