Putinlə Tramp 45 dəqiqə telefonla danışdılar

Putinlə Tramp 45 dəqiqə telefonla danışdılar ABŞ-ın yeni prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Missiya.Az xəbər verir ki, bu barədə mətbuata Kreml rəsmiləri məlumat verib.


Telefon danışığı vaxtı tərəflər terrorla mübarizə, Suriya münaqişəsi, Ukrayna və s. mövzularda fikir mübadiləsi ediblər.

Prezidentlər danışıq vaxtı ölkələr arasında işgüzar, həmçinin iqtisadi-ticari əlaqələrin bərpasının labüd olduğunu vurğulayıblar.

Bundan başqa ölkə başçıları Yaxın Şərqdəki vəziyyət, Fələstin - İsrail münaqişəsi, İranın nüvə proqramı və Koreya yarımadası ətrafında cərəyan edən məsələlərdən danışıblar.

İki prezident arasındakı telefon danışığının 45 dəqiqə davam etdiyi bildirilir.
Tarix: 29-01-2017, 09:03
Xəbəri paylaş





Xəbər lenti