Müalicə dalınca Belarusa...

Müalicə dalınca Belarusa... Belarus ukraynalılar, qazaxıstanlılar və digər keçmiş SSRİ ölkələrinin zəngin sakinləri üçün kiçik də olsa, “tibb cənnəti”nə çevrilir. Tibbi-turist operatoru “MedTravelBelorus”un direktoru Uladzislau Androsaunun açıqladığı rəqəmlərə görə, 2016-cı ildə 50 mindən çox “tibbi turist” Belarusa gəlib.

Androsaunun şirkəti Belarusda “tibbi turizm”lə məşğul olan və sayı getdikcə artan agentliklərdən biridir. Bu agentliklər, razılaşma əsasında, əməliyyat və ya müalicə olunmaq istəyən xarici müştəriləri ölkə xəstəxanalarına, səhiyyə müəssisələrinə, klinikalara yönləndirir.

“Diş və kosmetik əməliyyat daha çox populyardır, çünki onların heç də hamısının Avropada tibbi sığortası yoxdur”, – Uladzislau Androsau deyir. “Məsələn, diş implantasiyası, döş implantasiyası... bu kimi əməliyyatların 70 faizi gəlmə müştərilərimizin istəyi əsasında aparılır”, – o əlavə edir.



Androsau deyir ki, “tibbi turist” adlandırılanlar arasında üzdə aparılan “yaş əməliyyatı” və liposaksiya (artıq piylərin bədəndən çıxarılması) da populyardır. Onun sözlərinə görə, Minskdən kənarda yerləşən, N.N.Aleksandrov adına Milli Xərçəng Mərkəzində xərçəng xəstəliklərinin müalicəsi ilə yanaşı, omba və diz əməliyyatlarına da tələbat var.

Belarusda bir çox tibbi turizmlə məşğul olan agentliyin marketinq kampaniyasının hədəfi daha çox müştərinin müraciət etdiyi Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdir (Litva, Latviya, Estoniya). Belarus Dövlət Universitetində və Latviyada turizm üzrə oxuduqdan sonra 2010-cu ildə öz şirkətini quran Androsau deyir ki, onun agentliyi Qərbi Avropada yaşayan rusdilliləri də əhatələyir. “Biz Baltikyanı ölkələr üçün, xüsusilə, burdakı kimi, orda da iki dəfə baha olan diş implantasiyası bazarı yaradırıq. Eyni zamanda, Latviyada, məsələn, diş implantasiyası Skandinaviyadan və ya Britaniyadan iki-üç dəfə ucuzdur”, – Androsau deyir.

Müalicə dalınca Belarusa...

Əməliyyatların qiymətləri fərqlidir. Məsələn, döşlərin böyüdülməsi proseduru Belarusda 3 min 100, Litvada 5 min, Britaniyada təxminən 7 min dollardır. Belarusda piyin götürülməsi kimi tanınan “qarın yığılması” prosedurunun qiyməti 2 min 100, Litvada 3 min 800, Britaniyada təxminən 8 min 880 dollardır. Diş implantasiyanın qiymətləri də kəskin fərqlənir. Belarusda yeni dişin qiyməti 550 dollardısa, ABŞ-da bu rəqəm 2 min 500 dollardır. Belarusa gələn bəzi turistlər dörd, ya beş yeni diş qoydururlar. Belarusda ərzağın və digər yaşayış xərclərinin aşağı olması, Avropanın “göbəyində yerləşməsi”, Baltikyanı paytaxtlara, Moskva və Sankt-Peterburqa yaxınlığı ölkənin tibbi xidmətlər üçün cəlbediciliyini artırır. (“Azadlıq” radiosu)
Tarix: 29-01-2017, 18:30
Xəbəri paylaş





Xəbər lenti