Əsədlə bağlı səs qeydi hər şeyi ortaya çıxardı
Suriya prezidenti Bəşər Əsədin səhhəti ilə bağlı bir-birinə zidd xəbərlərin yayıldığı bir vaxtda Visamel Hurra adlı qadın jurnalistin Əsədin yatdığı deyilən xəstəxananın səlahiyyətlisi ilə telefon danışığı bomba effekti yaradıb.Publika.az xarici mediaya istinadən xəbər verir ki, telefon söhbəti Əsədin səhhəti ilə bağlı şübhələri daha da artırıb.
Sözügedən telefon söhbəti aşağıdakı kimi olub:
- Qadın: Salam.
- Kişi: Salam.
- Qadın: Mən prezident sarayından zəng edirəm. Prezidentin səhhəti barədə danışmaq qadağandır. Xəstəxanadan istənilən məlumatı vermək qadağandır.
- Kişi: Bura gələn xəstənin kim olduğunu bütün həkimlər bilir.
- Qadın: Xəstəxanadan prezident haqqında kimsəyə məlumat vermirsiniz. Bu mövzu sirdir.
- Kişi: Oldu.
- Qadın: Prezident haqqında telefonla da məlumat almaq istəsələr, məlumat vermirsiniz.
- Kişi: Oldu
Telefon danışığı tamamlandıqdan sonra qadın jurnalistin səs qeydinə düşən sözləri isə son dərəcə maraqlıdır: “Xəstəxanadan etiraf edirlər: Bəşər Əsəd bu xəstəxanadadır”.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin həyatı ilə bağlı xəbərlər bir-birini əvəz edir.
Suriya prezidentinin vəziyyəti kritikdir.
Rəsmi Dəməşq Əsədin səhhəti haqqında yayılan xəbərləri təkzib etsə də, Suriyanın rəsmi xəbər agentliyi olan SANA-da son 5 gündə dövlət başçısına aid heç bir görüntü dərc edilməyib.
Ömər Dağlı
Tarix: 30-01-2017, 22:28