3-cü Dünya Müharibəsi astanada: “Savaş artıq gerçəkdir”

3-cü Dünya Müharibəsi astanada: “Savaş artıq gerçəkdir” “Trampın rəhbərlik etdiyi Amerika ilə müharibə sadəcə şüar deyil, artıq bir gerçəkdir”.

Cebhe.info xəbər verir ki, bunu yüksək rütbəli Çin zabiti deyib.


“South China Morning Post” qəzetində yer alan məlumata görə, Müdafiə Səfərbərliyi Komissiyasında təmsil olunan yüksək rütbəli hərbçi 3-cü Dünya Müharibəsinin gözlənildiyini təsdiqləyib: “Trampın dövründə müharibənin başlayacağı barədə deyilənlər artıq sadəcə söz deyil, həqiqətdir”.

Hərbçi ABŞ-ın son günlərdə Çinə qarşı apardığı siyasətin müharibəyə səbəb ola biləcəyi barədə xəbərlərə münasibət bildirərkən Trampın bu ölkəyə qarşı siyasətini pisləyərək qarşılıq ala biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ və Çin arasında 1960-cı ildən bri keçərli olan “Tək Çin” siyasəti Tramp tərəfindən qəbul edilmir.

ABŞ-da bəzi mənbələr Rusiya sərhədinə “Dongfeng-41” qitələrarası nüvə ballistik raketlərinin yerləşdirildiyi barədə xəbər yaysa da, rəsmi Pekin bu iddiaları rədd edib.

Xəzər
Tarix: 30-01-2017, 23:04
Xəbəri paylaş





Xəbər lenti