Tramp Meksikanı ordu yeritməklə hədələyib!

Tramp Meksikanı ordu yeritməklə hədələyib! AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Meksikanın Prezidenti Enrike Peney Netonu bu ölkəyə ordu yeridəcəyi ilə hədələyib. Amma Ağ Evdə və Meksika xarici işlər nazirliyində (XİN) bu informasiyanı təkzib ediblər.

ABŞ-n yeni administrasiyası özünün cənub qonşusuna qarşı qətiyyətli əhval-ruhiyyədədir. Prezident özünün seçkiqabağı vədlərini yerinə yetirir və inauqurasiyadan dərhal sonra Meksika ilə sərhəddə divar tikintisinə başlamaq barədə göstəriş verib.

Trampın Meksika lideri Enrike Peney Neto ilə telefon danışığı ötən cümə günü baş tutub. Bu danışığın bir hissəsi «Associated Press»-in jurnalistlərinin əlinə keçib.

«Burada Sizin bir topa pis oğlanlarınız var. Onları dayandırmaq üçün Siz, lazımi qədər çalışmırsınız. Mən hesab edirəm ki, sizin hərbçilər qoxublar, bizim hərbçilər – yox. Ona görə də mən, prinsipcə, onları göndərə bilərəm…» – guya, ABŞ Prezidenti məhz bu sözləri deyib.

«RİA Novosti» agentliyi qeyd edir ki, Tramp Meksika mənşəliləri nəzərdə tutan ifadəni işlədib. Meksika liderinin buna nə cavab verdiyi məlum deyil.

Meksika XİN artıq bəyan edib ki, söhbətin təsviri yalana əsaslanır. Prezidentlərin danışıq ahəngi konstruktiv olub. Ağ Evdə də bu xəbəri yalan adlandırıblar.

Tramp ümid edir ki, sərhəddə divarın tikintisini Meksika maliyyələşdirəcək, ancaq Meksika rəhbərliyi bundan imtina edir.
Tarix: 2-02-2017, 13:54
Xəbəri paylaş





Xəbər lenti