Proseslər xaosa doğru gedir
“Ermənistanda ədalət” adlı təşəbbüs qrupu Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.Hərəkatı erməni diasporunun tanınmış üzvləri yaradıblar. Təşəbbüs qrupunun üzvü, rejissor Atom Eqoyan seçkilərin nəticələrinin qabaqcadan bəlli olduğunu deyib: “Real böhran budur ki, biz seçkidə nə olacağını bilirik və nəticələrlə barışmamalıyıq. Biz siyasi motivli həbslərə etiraz etməliyik.Seçkinin nəticələrini bilirik, amma indi seçkidən sonra nə olacağını düşünməli və erməni diasporu kimi bu ölkədəki proseslərdə biz də iştirak etməliyik.Gəlin, lazım olsa, ora gedək, küçələrdə oturaq”.
Eqoyanın həyat yoldaşı və aktrisa Arsin Xancyan isə deyib ki, dəyişikliyə ümid var: “Nəyinsə dəyişməsinə hələ ki, azacıq da olsa, ümid var. Amma bu dəyişiklik yalnız bizim iştirakımızla mümkündür”. Qrupun üzvlərindən biri Bağa Berberyanın sözlərinə görə, işləri təkcə Ermənistandakı hakimiyyətə təsir etmək yox, həm də ölkə sakinlərinə dəyişikliyin yolunu göstərməkdir: “İnsanlar həqiqətən də öz səslərini 5 min drama satırlar. Biz təkcə bu səsləri edən məmurlara yox, həm də onu satan insanlara təzyiq edirik ki, səslərini satmasınlar”.
Sarkisyana qarşı savaşErmənistan KİV-ləri təşəbbüs qrupunun bəyanatını prezident “Serj Sarkisyan və bu ölkədə Rusiyanı dəstəkləyən siyasi qüvvələrə qarşı açılmış savaş” adlandırırlar. İddia olunur ki, ABŞ və digər Qərb dövlətlərindən dəstək alan xaricdəki erməni diasporu Sarkisyana dəstəkdən imtina edərək, seçkilərlə bağlı hədəfləri qərbyönülü müxalifətin üzərinə fokuslayıb. Erməni siyasi ekspertlər diasporun böyük maliyyə yardımı ayırdığı müxalifət partiyalarının hakim Respublika Partiyasının baş ağrısına çevriləcəyini və seçkilərin nəticələri bu təşkilatın lehinə yekunlaşacağı halda Ermənistanda dağıdıcı “siyasi zəlzələ”nin olacağını bildirirlər.
Kreml narahatdırRusiya Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl Qərbin siyasi dairələri ilə əməkdaşlıq edən müxalifət partiyalarının yaradacağı qeyri-sabit vəziyyətdən narahatdır.Digər yandan NATO, ABŞ və Avropa İttifaqının qonşu Gürcüstanda möhkəmlənməsi də qərbyönümlü siyasi qüvvələrin fəallaşmasına zəmin hazırlayır.Seçki atmosferinə girmiş Ermənistanda qərbyönümlü partiyaların (Çiçəklənən Ermənistan, Erməni Milli Konqresi) fəallaşması da prosesin Kremlin maraqlarına cavab verən prezident Serj Sarkisyan üçün asan olmayacağı mənasını verir.Əvvəlki seçkilərlə müqayisədə müxalifətin Aİ və NATO-ya inteqrasiya məsələlərini açıq formada dilə gətirmələri Kremlin qayğılarını bir qədər də artırır.Üstəgəl, son dövrlərdə Rusiyanın Ermənisyan üzərindəki təzyiqçi siyasətindən narazı kəsimin də sayı artıb.
Cəmiyyətdə böyük nüfuzları və dəstəkçiləri olan Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Tsarukyan Sarkisyanı Ermənistanı Rusiyanın forpostuna çevirdiyi üçün sərt şəkildə tənqid edib.Məsələnin ən ilginc tərəfi də budur ki, Ermənistanda keçirilmiş rəy sorğularına görə, Qagik Tsarukyan və Petrosyan kimi Avroatlantik xəttini izləyən digər müxalifət nümayəndələri Sarkisyandan qabaqdadırlar.
Hesab olunur ki, seçkilərdə bu partiyalar səsləri böyük ölçüdə öz xeyirlərinə bölə biləcəklər.Tsarukyan və Petrosyanın koalisiya şəklində seçkilərə getmək planının da istisna olmadığını nəzərə alsaq, bu seçkilər Sarkisyanın – Rusiya xəttinin ağır məğlubiyyəti ilə yadda qala bilər.
Prezident çətin dilemma qarşısındaİctimai rəyin Dağlıq Qarabağ münaqişəsinə baxışda da daha yumşaq siyasət yürüdən Tsarukyanın partiyasının üzərində fokuslanacağı Ermənistan KİV-lərində son zamanlarda müzakirə olunan əsas mövzudur.Qərbyönümlü xətt həmçinin qonşu dövlətlərlə “sıfır problem” siyasətini ön plana çəkirlər.Hesab olunur ki, Türkiyə və Azərbaycanla münasibətlərin kəsilməsinə səbəb olan problemlərin həlli Ermənistana böyük iqtisadi mənfəət qazandıracaq.Şübhəsiz ki, seçki kampaniyalarının istiqaməti Qərb və Rusiyanın proseslərə hansı formada təsir edəcəklərindən asılı olacaq.Xüsusilə, Ermənistanla yaxın əlaqələri olan Rusiyanın seçkilərə müdaxiləsi və müxalifətin qarşısına hansı əngəlləri çıxaracağı açar rolunu oynayacaq.
Amma ölkə daxilindəki siyasi-iqtisadi böhran, siyasi sistemdəki korrupsiya hallarının, üstəgəl seçkilərə Qərbdən müdaxilə ehtimallarının artması və qərbli siyasi dairələrin öz namizədləri ilə marafona qoşulmaları seçkiqabağı və sonrakı dövrlərdə siyasi çaxnaşma üçün münbit zəmin hazırlayır.Ən əhəmiyyətli faktor da xaricdəki diasporanın Sarkisyandan imtina edərək müxalifəti dəstəkləməsidir.Seçkiqabağı situasiya hələlik Sarkisyana, yaxud Rusiya xəttinə prosesdən qalib çıxmaq şansı vermir.
Sarkisyan sisteminin zəifliyi, müxalifəti dəstəkləyən elektoratın sayının artması, xarici dövlətlərin regiona istiqamətlənmiş geosiyasi maraqları, müxalifətin bütövlüyü, ən əsası iqtidarın itirdiyi nüfuzu müxalifət liderlərinin öz xeyirlərinə çevirmək bacarığı Sarkisyanı çətin dilemma qarşısında qoyur.Əgər Kremlin təzyiqi altında seçki saxtakarlığına getsə, bundan sonra baş verənlər uzun müddət Ermənistanın baş ağrısına çevriləcək.Diaspor da Sarkisyana saxtakarlığa getməmək xəbərdarlığını edib, əks halda baş verənlərdən məsuliyyət daşımayacağını bildirib.Ermənistan hələlik nəzəri olaraq xaosa doğru irəliləyir. Hər-halda seçki həyəcanının pik həddə çatdığı Ermənistanda Serj Sarkisyan xaricdən maddi və mənəvi dəstək alan qərbyönümlü müxalifətin göstərəcəyi müqavimətin hansı nəticələr doğuracağını gözardı etmir. Seçkilərə böyük maliyyə potensialı ilə qatılan müxalifət partiyalarının seçici elektoratın əksər hissəsini öz tərəfinə çəkəcəyi də istisna deyil.
Seçkidən sonraMüxalifət həmçinin hakimiyyət daxilində yaranmış anlaşılmazlıqları da öz lehinə çevirə bilər.Xüsusilə, təhlükəsizlik strukturları, hərbi sektor və siyasi iqtidar arasında yaranmış problemlər müxalifətə əlavə şans verir ki, hökumətin daxilindən də özünə dəstəkçi qazansın.Müxalif düşərgənin lehinə olan ən önəmli faktor budur ki, diasporla yanaşı ABŞ-da fəaliyyət göstərən Soros Fondu və Demokratiya İnstitutu müxalifətlə əməkdaşlığı nəzərdən keçirməyə başlayıb.Bu baxımdan Levon Ter-Petrosyanla yanaşı Qərbdə və daxildə böyük nüfuzu olan Qagik Tsarukyanın da seçkilərə qatılmaq qərarında sonra Sarkisyan seçki strategiyasını yenidən nəzərdən keçirməyə məcbur olub. Xüsusilə bu iki şəxsin seçkilərə koalisiya şəklində qatılmaq planı Sarkisyan üçün ciddi problem ola bilər. Eyni zamanda keçmiş müdafiə naziri Seyran Ohanyanın postunu tərk etdikdən sonra ona qarşı çıxması və seçkilərə qatılmaq qərarı prezidenti çaşbaş salıb. Həmçinin “Qarabağ klanı”nın Ohanyanla öz arasında bölünməsini nəzərə alan Serj Sarkisyan böyük ehtimalla bütün ümidlərini Rusiyaya bağlayacaq ki, seçkidən sonra ortaya çıxacaq təhlükədən özünü və iqtidarını sığortalaya bilsin.
Cebhe.info
Mənsur Rəğbətoğlu
Tarix: 2-02-2017, 22:06