Türkiyə və Rusiya komandalarının oyununda DAVA DÜŞDÜ

Türkiyə və Rusiya komandalarının oyununda DAVA DÜŞDÜ Mahacqalanın “Anji” və Türkiyənin “Elazığspor” komandaları arasında keçirilən yoldaşlıq oyunu futbolçuların kütləvi davası səbəbindən yarımçıq qalıb.

Modern.az bildirir ki, bu haqda Rusiya klubunun Twitter səhifəsində məlumat yayılıb.

Görüş bu gün olub. Birinci hissənin sonunda oyunçular arasında dartışma yaranıb.
Məlumata görə, Türkiyə komandasının oyunçuları qol buraxandan sonra özlərini aqressiv aparıblar.
Nəticədə mahacqaqalı oyunçu Batraz Xadartsevlə “Elazığspor”un ehtiyat oyunçuları meydanda dava ediblər.
Rusiya klubunun baş məşqçisi Aleksandr Qriqoryan komandasını soyunub-geyinmə otağına aparmaq qərarına gəlib.
Bu komandaların 2016-cı ildə keçirilən görüşündə də dava düşdüyü bildirilir.
Tarix: 5-02-2017, 10:03
Xəbəri paylaş





Xəbər lenti