Əbu-Dabi attraksionunda 24 nəfər xilas edilib - VİDEO

 Əbu-Dabi attraksionunda 24 nəfər xilas edilib - VİDEO Əbu-Dabidə "Ferrari World Park" əyləncə parkında “Amerika karuselindən” 24 nəfər xilas olunub.

Musavat.com "The National" qəzetinə istinadən xəbər verir ki, bu barədə əyləncə parkının nümayəndəsi məlumat verib.


Birləşmiş Ərəb Əmirliklərində son günlər güclü küləklərə görə hava şəraiti pisləşib. Bu səbəbdən attraksion yuxarı hərəkət edərkən dayanıb.

Parkın nümayəndəsinin sözlərinə görə, buna səbəb müdafiə mexanizminin işə düşməsi olub. Hadisə "Flying Aces" attraksionunda baş verib. Bu dünyanın ən hündür, sürətli eniş və yoxuşu olan karuseli sayılır.

Xilasedicilərin hər bir sərnişini xilas etməsi üçün onlara 3,5 dəqiqə vaxt lazım olur. Qazetin yazdığına görə, həmin vaxt küləyin sürəti saatda 75 km çatıb.

Aygün,
Tarix: 5-02-2017, 14:58
Xəbəri paylaş





Xəbər lenti