Mason təşkilatının üzvü olan məşhur müğənnilərin GİZLİ SİMVOLLARI…
Masonluq öz üzvlərinə bu təşkilata aid olduğunu açıqlamağa icazə verən, lakin “ailə” daxilində olan gizli bilgilərin yayımını ciddi şəkildə qadağa qoyan bir təşkilatdır. Hazırda dünyada beş milyondan çox üzvü olan təşkilat çox böyük iqtisadi və idarəedici nüfuza malikdir. Mason təşkilatının üzvü olan məşhur müğənnilər və onların gizli simvollarına aid yazını təqdim edir:
1-Ledi Qaqa klip və konsertlərində masonik simvollardan çox istifadə edir. Məşhur müğənni təşkilata üzv olduğunu da gizləmir. Məşhur illuminant simvol olan təkgözlü üçbucaq müğənninin bir neçə fotosu və klipində də nəzərə çarpır. Foto çəkilişi zamanı verdiyi “tək göz” pozası da buna misaldır.
2-Tarkan- Türkiyənin modern estradaya meyilləndiyini görən təşkilat bu səbəbdən 1990 və 2000-ci illərin əvvəllərində xalq, xüsusən, gənclik tərəfindən çox sevilən müğənni Tarkanı öz sıralarına cəlb etdilər. Mütəxəssislər Tarkanın mahnılarının mətnlərində mason şifrələrinin olduğun bəyan edirlər.
3-Kristina Agilera – Cazibədar müğənninin “Bionik” mahnısını bütünlüklə mason şifrəsi adlandırırlar. Mahnının həm mətnində, həm də musiqisində şüurlatına təsir edən və insanı özündən xəbərsiz şəkildə tora salan xüsusi mason elementləri var. Mahnıda insanı robotlaşmaya təhrik edən, onu hislərdən tamamilə qurtularaq robot kimi düşünməyə təhrik edən, lakin dinləyicilərin qətiyyən fərqində olmadığı faktorlar var.
4-Madonna– Az qala, bütün dünyanın tanıdığı və sevdiyi Madonna ara-sıra mason dərnəklərinə maddi yardımı ilə gündəmə gəlir. Mütəxəssislər Madonna kliplərini masonluğun 33-cü dərəcəsinə sahiblənən məşhur rejissor Voly Disneydən gələn illimunant elementlərin ilk davamçısı hesab edir.
5-Şakira- Məşhur müğənninin mahnıların ritmi, musiqini birbaşa insanın şüuraltısına göndərilən mason şifrələridir. Təbii ki, dinləyici və tamaşaçılar bütün bunlardan xəbərsizdir. Amma masonların bütün dünyaya beyinləri bir növ, yumaq üçün sırıdığı disko elementlər və musiqinin arxa fonunda olaraq, birbaşa şauraltı zonaya işləyən ritmlər müğənninin bütün mahnılarında var.
Mason olduqları iddia edilən digər dünya məşhurları: Beyons, Rihanna, Britney Spears, Keti Perri, Paris Hilton, Castin Timberlenk, Taylor Svift.
Masonluğa qarşı gələn ABŞ məşhurları isə bunlardı- Tupak, Eminem, Bob Marli, Maykl Cekson.Elmin Nuri.Moderator.az
Tarix: 7-02-2017, 00:22