Tramp NATO-ya cəmi 5 ölkənin üzvlük haqqı ödəməsinə münasibət bildirib

Tramp NATO-ya cəmi 5 ölkənin üzvlük haqqı ödəməsinə münasibət bildirib NATO-un ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəməlidir.

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə deyib.

“Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-un ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin”, deyə D.Tramp bildirib.

Yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdir ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.
Tarix: 7-02-2017, 08:36
Xəbəri paylaş





Xəbər lenti