Abdulla Gül Ərdoğanın siyasətini “vurdu”:“Vicdan və ədalətə uyğun olmayan durumlar görürəm”

Abdulla Gül Ərdoğanın siyasətini “vurdu”:“Vicdan və ədalətə uyğun olmayan durumlar görürəm” Türkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan “qanun hökmündə qərarnamə” ilə universitetlərdən kütləvi xaric edilmələrə münasibət bildirib.

A.Gül bu qərardan narahat olduğunu deyib: “Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan durumdur. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.

A.Gül yaranmış vəziyyəti üzüntü ilə izlədiyini söyləyib: “Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox durumlar görürəm”.

Qeyd edək ki, son qanun hökmündə qərarnamə ilə Türkiyə universitetlərindən 330 professor və müəllim qovulub. /APA
Tarix: 10-02-2017, 18:29
Xəbəri paylaş





Xəbər lenti